Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncə Regional Mədəniyyət İdarəsinə “Məhsəti Gəncəvi” portreti hədiyyə edilmişdir

15.07.2021

Gəncə Regional Mədəniyyət İdarəsi, Gəncə Dövlət Rəsm Qalereyasının fond müdiri, Azərbaycan Rəssamlar İttifaqının üzvü, dekorativ tətbiqi sənət ustası Məhbubə Həsənova, Azərbaycan şairi, gözəl rübailər ustası, “Cəng” musiqi alətinin mahir ifaçısı, şahmat elminin bilicisi Məhsəti Gəncəviyə həsr etdiyi (keramika üzərində) əl işini Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətova hədiyyə etmişdir.

Vasif Cənnətov hədiyyə üçün Məhbubə Həsənovaya minnətdarlığını bildirmiş, ona sənət uğurları arzulamışdır.