14.07.2021
14 iyul 2021-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən sənətkarlıq klubunda 2020-ci il Tovuz döyüşlərinin birinci il dönümü münasibəti ilə tədbir keçirilmişdir.
Tədbirdə Vətən müharibəsi qaziləri Sərxan Yolçuyev, Bayram Kərimov, Tural Xanəliyev, Sahib Mirzəyev Gəncə şhər Kəpəz rayonu Cavadxan İcra nümayəndəliyi sahə rəisi polis mayoru Rüfət Musayev, nümayəndəliyin əməkdaşı Xəyal Əliyev və sənətkarlıq klubunun kollektivi iştirak etdilər.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükütla yad edildi. Aparıcı qismində çıxış edən sənətkarlıq klubunun metodisti Tural Süleymanov tədbir iştirakçılarına 2020-ci il iyul ayının 12-də Ermənistan Azərbaycan dövlət sərhəddinin Tovuz rayonu istiqamətində baş verən döyüşlər haqqında məlumat verdi. 2020-ci ilin iyul ayının 12-dən başlayan döyüşlər zamanı Azərbaycan ordusunun 12 hərbi qulluqçusu və bir nəfər mülkü vətəndaş şəhid olmuşdur.
Sənətkarlıq klubunun müdiri Vüqar Eyvazov həm Tovuz döyüşləri həm də 44 günlük vətən müharibəsi zamanı qazanılan qələbələrdən söhbət açdı
Vətən müharibəsi qaziləridə keçdikləri şərəfli döyüş yolundan söhbət açdılar. 33 gün erməni əsirliyində olan Bayram Kərimov öz təəssüratlarını bölüşdü, yaralı halda başına gətirilən müsibətlərdən söhbət açdı. Erməni əsirliyində olarkən Vətənə qayıtmaq ümidini bir an belə itirməyən Bayram Kərimov dövlətimizin diqqət və qayğısından danışdı.
Tovuz döyüşləri zamanı şəhid olmuş hərbi qulluqçularımızdan iki nəfəri – General mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşlər.
Vətənimizin azadlığı və bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərimizi dərin ehtiramla anır, qazilərimizə şəfa diləyirik.