Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Goranboy rayonu Nizami parkında rəsm sərgisi keçirilib

14.07.2021

13 iyul 2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsinin Goranboy Dövlət Rəsm Qalereyası "Nizami Gəncəvi ili" çərçivəsində Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar rayonun Nizami parkında rəsm sərgisi təşkil etmişdir. Sərgidə Nizami yaradıcılığına həsr olunmuş rəsm əsərləri nümayiş olunmuşdur. Qalereyanın direktoru Çinarə Abdullazadə Nizami yaradıcılığı barədə sərgi tamaşaçılarına məlumat verərək bildirmişdi ki, Nizami yaradıcılığa lirika ilə başlamış, öz lirik əsərləri ilə qüdrətli bir sənətkar kimi tanındıqdan sonra yaradıcılıq meydanını genişləndirmiş, lirik və epik ünsürlərin sıx vəhdətindən yaranmış olan, həmçinin daha böyük lövhələr, zəngin fikirlər ifadə etməyə imkan verən poemalarını yazmışdır. Böyük şair poemaları ilə yanaşı bütün yaradıcılığı dövründə lirik şeirlər yazmaqda davam etmiş, hətta öz yaradıcılığına Azərbaycan lirik poeziyasının ən gözəl nümunələrindən olan məşhur “Qocalıq” şeiri ilə yekun vurmuşdur. Nizami “Xəmsə”yə qədər uzun bir yaradıcılıq yolu keçmiş və özünün yeni ruhlu, yeni məzmunlu lirik şeirləri ilə geniş şöhrət qazanmışdır.

Sərgi tamaşaçılar tərəfindən maraqla qarşılandı.