13.07.2021
13 iyul 2021-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsinin Goranboy rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsi Tovuz şəhidlərinin ildönümü ilə əlaqədar “Vətən sizinlə qürur duyur” adlı tədbir keçirmişdir.
Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Uşaq şöbəsinin müdiri Samirə Əliyeva Polad Həşimovun, multimedia resursları üzrə mütəxəssisi Rəbiyə Əliyeva şəhid Namiq Əhmədov və İlqar Mirzəyevin həyat və döyüş yolu haqqında uşaqlara məlumat verdilər.
Uşaqlar Polad Həşimov haqqında şeirlər söylədilər. Sonda General Polad Həşimova həsr olunan “Paşam hey” adlı musiqi səsləndi.