Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Tərəqqi yolunun başlanğıcı” adlı tədbir keçirilmişdir

13.07.2021

12 iyul 2021-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsinin Goranboy rayon Mərkəzi Kitabxananın işçiləri Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişinin  52-ci ildönümü ilə əlaqədar Oxu zalında rayonun fəal gəncləri ilə "Tərəqqi yolunun başlanğıcı "adlı tədbir keçirdilər.

Tədbiri Xidmət şöbəsinin müdiri Səidə Abdullayeva açdı. O, Heydər Əliyevin 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi barədə tədbir iştirakçılarına geniş məlumat verdi. Abonement bölmə müdiri Gülnar Nəcəfova "Heydər Əliyev və azərbaycançılıq ideologiyası" mövzusunda məruzə ilə çıxış etdi. Baş kitabxanaçı Dürdanə Bayramova, kitabxanaçı Ülviyyə Kazımova, fəal oxucular Rufan Feyzullayev və Musa Paşayev məruzə ətrafı çıxışlar etdilər.

Sonda tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş kitab sərgisi ilə tanış oldular.