Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Tovuz döyüşlərini qürurla anırıq”adlı tədbir keçirildi

13.07.2021

12 iyul 2021-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsinin Goranboy rayon Mərkəzi Kitabxananın işçiləri 2020-ci il Tovuz döyüşlərinin birinci ildönümü ilə əlaqədar “Tovuz şəhidlərini qürurla anırıq” başlıqlı video formatda tədbir keçirdilər.

Tədbiri Xidmət şöbəsinin müdiri Səidə Abdullayeva açdı. Əvvəlcə bütün şəhidlərin  əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Səidə Abdullayeva ölümləri ilə ölümsüzlüyə qovuşan Tovuz şəhidləri barəsində tədbir iştirakçılarına məlumat verdi.

İkinci Qarabağ müharibəsi iştirakçısı Səbuhi Əliyev “Tarixi qələbəmizin başlanğıcı Tovuz döyüşləridir” mövzusunda tədbir iştirakçılarına məlumat verdi.

Abonement bölmə müdiri Gülnar Nəcəfova səngər komandiri ləqəbli, general-mayor Polad İsrail oğlu Həşimovun, baş kitabxanaçı Dürdanə Bayramova mayor Namiq Hajan oğlu Əhmədovun, kitabxanaçı Ülviyyə Kazımova polkovnik İlqar Anzor oğlu Mirzəyevin, Veyisli kənd kitabxanasının kitabxanaçısı Sənəm Böyükkişiyeva isə mayor Anar Gülverdi oğlu Novruzovun həyatları və döyüş yolu barədə konfrans iştirakçılarına məlumat verdilər.