Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Tovuz hadisələri: Qəhramanlıq salnaməmiz” adlı anım günü keçirildi

12.07.2021

Gəncə Regional Mədəniyyət idarəsi Gəncə şəhər Mərkəzi Kitabxananın Oxu Zalı 12 iyul Tovuz hadisələrinin ildönümü ilə əlaqədar olaraq “Tovuz hadisələri: Qəhramanlıq salnaməmiz” adlı anım günü keçirtdi.

Tədbiri Oxu zalının müdiri Aidə Abdullayeva açaraq Tovuz hadisələri haqqında qısa məlumat verdi. Daha sona çıxış üçün ilk söz Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi, Əməkdar Mədəniyyər işçisi, şair-publisist Bəxtiyar Muradova verildi. Bəxtiyar Muradov çıxışında Tovuz hadisələri və ikinci Qarabağ müharbəsi ilə bağlı geniş məlumat verərək Vətənə həsr olunmuş şeirini ifa etdi.

Gəncə Dövlət Universitetinin Tarix kafedrasının dosenti Hüseyn Bəxtiyarov Tovuzda baş verən döyüşlərin xronoloji olaraq tarixi faktlara əsaslanaraq çıxış etdi. Tədbirdə Gəncə Maarif Evi Birliyinin sədri İmamverdi Vəliyev , Gəncə şəhər Xarici Dillər təmayüllü 4 saylı litseyin şagirdləri Səbinə və Türkan Tağıyeva , 27 saylı litseyin şagirdi Nazənin Həsənova Vətən və şəhidlik mövzusunda şeirlərlə çıxış etdilər.

Tədbirin sonunda kitabxananın operatoru Nərmin Quliyevanın hazırladıqı “Tovuz döyüşləri:Qəhrəmanlıq salnaməsi”Tovuz hadisələri və şəhidlərinə həsr olunmuş videoçarx təqdim olundu.