12.07.2021
12 iyul 2021-ci il tarixində Türkiyə Cümhuriyyətinin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı və onun xanımı, Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş Konsulu Zeki Öztürk, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin rəisi Həsən Mirzəyev Nizami Gəncəvi Məqbərəsini və Nizami Gəncəvi Muzeyini ziyarət etmişlər.