Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycan şəhidlərinin əziz xatirəsi yad edildi

12.07.2021

12 iyul 2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi rəhbərliyinin təşəbüssü və təşkilatçılğı ilə 2020-ci ilin iyul ayının 12-də Azərbaycan Respublikasının Ermənistanla Dövlət Sərhədində – Tovuz rayonu ərazisində xain erməni təxribatının qarşısının alınmasında şəhid olanların xatirəsinə hörmət əlaməti olaraq şəhərin Fəxri xiyabanında Azərbaycan şəhidlərinin əziz xatirəsi yad edildi.

Yadetmə mərasimində Gəncə Regional Mədəniyyət İdarəsinin rəis müavini Asəf Məmmədov və aparat işçiləri, Gəncə Dövlət Filarmoniyasının, Dövlət Dram və Kukla teatrlarının direktorları, Gəncə şəhər Uşaq İncəsənət və Rəssamlıq məktəblərinin direktorları, şəhər Gənclər Evinin rəhbərliyi və bir qrup gənclər Gəncənin Fəxri xiyabanındakı Abidə kompleksin önünə gələrək abidə önünə təzə-tər qərənfillər düzdülər, Azərbaycan şəhidlərinin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etdilər. Sonra şəhid məzarları ziyarət olundu, məzarlar üzərinə üzərinə təzə-tər qərənfillər düzüldü.

Allah, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olanlara rəhmət eləsin!