Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Gənc Heydərçilər” dərnəy

09.07.2021

08.07.2021-ci il tarixdə Gəncə şəhər Heydər Əliyev Mərkəzi "Gənc Heydərçilər" dərnəyini Zoom proqramı vasitəsilə onlayn formatda keçirdi. Dərnəyin üzvləri K.D. Uşinski adına 29 nömrəli tam orta məktəbin şagirdlərindən ibarətdir.

Dərs "Ulu Öndər Heydər Əliyev və Vətənpərvərlik" mövzusunda keçirildi. Dərs zamanı qeyd edildi ki, Ulu Öndər Heydər Əliyev milli vətənpərvərlik haqqında müdrik sözlər demişdir: "Milli vətənpərvərlik prinsipi gərək körpəlikdən başlayaraq hər bir vətəndaşın həyat prinsipi, həyat "qanunu, nizamnaməsi olsun."

Ulu Öndər vətənpərvərliyi, vətəndaşlıq duyğusunu xalqın, vətənin taleyinin tərkib hissəsi hesab edirdi. Dahi şəxsiyyətin azərbaycançılıq ideyasının güclənməsində, onun etnik-milli müstəvidən dövlətçilik və vətənpərvərlik müstəvisinə keçirilməsində müstəsna rolu oldu.

Heydər Əliyev vətənpərvərliyə və dövlətçiliyə əsaslanan azərbaycançılığı qurdu, yaratdı, təşkil etdi, eyni zamanda, "əməli surətdə həyata keçirdi".

Milli ideologiyadan, azərbaycançılıq ideologiyasından danışarkən, böyük insan hər bir azərbaycanlılığın vətənpərvərlik hissləri ilə yaşamasını daim önə çəkirdi: "Milli vətənpərvərlik hissləri hər bir vətəndaşda o qədər güclü olmalıdır ki, hər bir vətəndaş milli mənafeyi öz şəxsi mənafeyindən, öz şəxsi yaşayışından, öz şəxsi həyatından - hər şeydən üstün tutsun."

Sonra şagirdlər sual-cavab edildi. Onları maraqlandıran suallar cavablandırıldı

Sonda şagirdlər Gəncə şəhər Heydər Əliyev Mərkəzinin elmi heyəti tərəfindən hazırlananan video-çarxı izlədilər.

Dərnəyin təşkil edilməsində göstərdiyi dəstək üçün 29 nömrəli məktəbin tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədovaya təşəkkür edirik.