Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Nizami Gəncəvi bütün əsrlərin ölməz şairidir” adlı tədbir keçirilmişdir

09.07.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mədəniyyət Mərkəzində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Nizami Gəncəvi bütün əsrlərin ölməz şairidir” adlı tədbir keçirilmişdir.

           Tədbiri giriş  sözü ilə Mədəniyyət Mərkəzinin direktoru Afina Ələkbərova açaraq qeyd etdi ki, Nizami Gəncəvi Azərbaycan xalqının dünya ədəbiyyatına bəxş etdiyi nadir istedaddır. Dahi şair fəlsəfi məna və poetik nailiyyətlərini ustalıqla mənimsəyərək, öz fitri istedadı ilə sələfləri və müasirlərindən bir çox cəhətdən fərqlənən möhtəşəm bir irs qoymuş, ”Xəmsə” kimi ölməz sənət abidəsi ucaltmışdır.

Sonra Mədəniyyət Mərkəzinin rəssamlıq dərnəyinin rəhbəri Yusif Məmmədov çıxış edərək Nizami yaradıcılığı və onun yaratdığı əsərlər haqqında danışdı.

Tədbirdə 3 saylı kitabxana filialının  işçiləri, dərnək rəhbərləri və şagirdlər, o  cümlədən ərazi sakinlərindən Mahiyyəddin Baxşəliyev, Natiq Əliyev iştirak etdilər.