09.07.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialı Kürdəmir Regional Mədəniyyət İdarəsi,Kürdəmir rayon Heydər Əliyev Mərkəzi ilə "Muzeyləri tanıyaq və tanıdaq" layihəsi altında ekskursiya keçirtdi. Tədbiri kitabxananın müdiri Natella Hacıyeva açaraq qeyd etdi ki,bu layihə Ulu öndərin Heydər Əliyev irsini və ölkəmizin muzeylərini təbliğ etmək məqsədilə keçirilir.Sonra kitabxanaçı sözü Kürdəmir rayon Heydər Əliyev Mərkəzinin direktoru Dürriyə Seyidovaya verdi.O, muzeyin yaranma tarixi haqqında və Ulu öndərin Kürdəmir rayonuna səfərləri və İlham Əliyevin Heydər Əliyev Mərkəzinə və muzeyə gəlişləri haqqında ətraflı məlumat verdi.Sonra Dürriyyə Seyidova sözü muzeyin bələdçisi Aynurə Mehdizadəyə verdi.Muzeyin bələdçisi də öz növbəsində muzey haqqında ətraflı məlumat verdi.Tədbirin sonunda kitabxananın müdiri Heydər Əliyev Mərkəzinin kollektivinə öz təşəkkürünü bildirdi və layihənin növbəti mərhələsində yenidən görüşmək arzusu ilə tədbiri bağlı elan etdi.