Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Gənc Heydərçilər” dərnəyi

08.07.2021

07.07.2021-ci il tarixdə Gəncə şəhər Heydər Əliyev Mərkəzi "Gənc Heydərçilər" dərnəyini Zoom proqramı vasitəsilə onlayn formatda keçirdi. Dərnəyin üzvləri K.D. Uşinski adına 29 nömrəli tam orta məktəbin şagirdlərindən ibarətdir.

Dərs "Ulu Öndər Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" mövzusunda keçirildi. Dərs zamanı qeyd edildi ki, görkəmli dövlət xadimi Heydər Əliyevin taleyində və siyasi fəaliyyətində ədəbiyyat faktorunun yeri, rolu və imkanları çox geniş anlayış olub. Hələ gənclik illərindən etibarən qeyri-adi mütaliə qabiliyyəti ilə fərqlənən, hətta cavan yaşlarında tamaşalarda peşəkar teatr xadimləri ilə yanaşı cəsarətlə səhnəyə çıxan Ulu Öndər Heydər Əliyevin dünya görüşünün formalaşmasında ədəbiyyat amili xüsusi yer tutmuşdur. Ulu Öndər Heydər Əliyev bədii ədəbiyyatın şəxsi taleyindəki böyük rolunu özü də etiraf etmişdir. O, 1997-ci ildə, müstəqillik dövründə keçirilən Azərbaycan yazıçılarının onuncu qurultayındakı nitqində bu həqiqəti aşağıdakı kimi etiraf etmişdir: "Şəxsən mən ədəbiyyatı çox sevən adamam və gənc vaxtlarımdan, hətta uşaqlıqdan, məktəbdə ilk ədəbiyyat nümunələrini oxuyandan ədəbiyyatı sevmişəm... mənim bir insan kimi formalaşmağımda, təhsilimdə, əxlaqımda, mənəviyyatımda ədəbiyyatın, mədəniyyətin çox böyük rolu olmuşdur. Mən orta məktəbdə oxuyarkən Azərbaycan şairlərinin, yazıçılarının bütün əsərlərini sevə-sevə oxumuşdum... O illərdə, o uşaqlıq və gənclik illərində onlar mənə o qədər təsir edib ki, mən onları unutmamışam. Bu "oxumuşam, unutmamışam" sözləri sadəcə bir fikir deyil. Yəni onlar mənə təsir edib, mən onlardan bəhrələnmişəm, mənəvi qida almışam".

Heydər Əliyev hər bir ədibə xüsusi qayğı göstərmiş, onların layiqli dəyərlərini almalarına şərait yaratmışdır.

Sonda şagirdlər sual-cavab edildi. Şagirdlər sual-cavabda fəal iştirak etdilər. Onları maraqlandıran suallar cavablandırıldı.

Dərnəyin təşkil edilməsində göstərdiyi dəstək üçün 29 nömrəli məktəbin tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədovaya təşəkkür edirik.