Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Aşıq Alı sənətinin zirvəsi ” adlı onlayn ədəbi-bədii gecə keçirilib

07.07.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Oxu zalı Aşıq Alının 220 illiyi münasibətilə “Aşıq Alı sənətinin zirvəsi ” adlı onlayn ədəbi-bədii gecə keçirib.

Tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi, Əməkdar Mədəniyyər işçisi, şair-publisist Bəxtiyar Muradov, Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin sədri , Azərbaycan Yazıçılar İttifaqının üzvü , şairə-dramaturq Xəzangül Hüseynova , şairə-publisist,Ombudsman Aparatının əməkdaşı Azadə Novruzova, AMEA Folklor Institutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova, professor Elbrus Cəfərov, Aşıq Alı Soyundan Telman müəllim,Türkiyəli iş adamı Atif Dönməz Kocaeli Gebzədən, şeirə könül vermiş müəllim Neşe Garip, İstanbulda tarix müəllimi Kemal Aydın, şair Aqşin Hacızadə, Aşıq Aidə Gülzar, aşıq Qabil Zimistanoglu, tənqidçi, jurnalist, Dergi Karadeniz baş redaktoru Türk xalq ədəbiyyatı müəllimi Ərdogan Altun Kaynak, aşıq Həcər, aşıq Rahib Bayramov, aşıq Oktay Kaya, aşıq Aytac Ömur, Aşıq Alı şəcərəsindən olan Taleh Əlioğlu Vəliyev, Gəncə Dövlət Dram teatrının istedadlı aktyoru Mətləb Təhmazi, kitabxananın onlayn tədbirinin izləyiciləri və kitabxana əməkdaşları iştirak edirdi.

Görüşü giriş sozü ilə Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi, Əməkdar Mədəniyyər işçisi, şair-publisist Bəxtiyar Muradov açıb tədbir iştirakçılarını salamlayaraq böyük el sənətkarı Aşıq Alının həyat və yaradıcılığı haqqında qısa məlumat verərək qeyd edib ki, Göyçə mahalı əsirlər boyu Azərbaycan xalqının saz və söz məbədgahlarından biri olmuşdur. Onun yetişdirdiyi istedadlı sənətkarlardan biri də Aşıq Alıdır. O, qeyd edib ki, Azərbaycan aşıq sənətinin və poeziyasının inkişafında əvəzsiz xidmətləri olmuş Aşıq Alı şəxsiyyət kimi kifayyət qədər kamil insan, haqqı və ədaləti təbliğ edən ürfan sahibi qeyri-adi istedaddır.

Şairə-dramaturq Xəzangül Hüseynova çıxış edərək, Aşıq Alının dastanları, qoşmaları, bayatıları, gərayları və onun müəllimi Aşıq Ələsgər haqqında məlumat vermişdir.

Tədbirdə çıxış edənlər Aşıq Alının azərbaycan xalq şeirinin görkəmli nümayəndəsi və bu şeirin ən uca zirvələrini fəth edən sənətkar olmasından, Azərbaycan aşıq şeri tarixində Aşıq Ələsgərin ustadı, azman ruhlu, coşqun təbli sənət fədaisi olmasından, azərbaycan ədəbiyyatındakı yüksək mövqeyindən, aşıq yaradıcılığının bütün sahələrinə müraciət edərək ədəbiyyatımızda böyük iz qoymasından, Aşıq Alının Türkiyə səfərindən, bu səfər zamanı oradakı aşıqlarla deyişməsindən danışıblar.

Oxu zalının kitabxanaçısı Tərifə Abbasova Azərbaycan aşıq sənətinin və poeziyasının inkişafında əvəzsiz xidmətləri olmuş Aşıq Alının şəxsiyyət kimi kamil insan, haqqı və ədaləti təbliğ edən ürfan sahibi, qeyri-adi istedad olmasından, Aşıq Alının musiqi yaradıcılığı və bəstəkar fəaliyəti ilə də geniş şöhrət qazanmasından, onun ədəbi irsinin sağ qalmış nümunələri dövrümüzün aşıqları tərəfindən sevilə sevilə ifa olunmasından bəhs etmişdir.

Gəncə Dövlət Dram teatrının aktyoru Mətləb Təhmazi Aşıq Alının “Nə qaldı, Türkiyəli qonaq Neşe Garip, Oktay Kaya, Borçalıdan aşıq Həcər, aşıq Rahib Bayramov, aşıq Aytac Omur, aşıq Aidə Gülzar Aşıq Alının gəraylı və qoşmalarını ifa etmişlər.