Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncə şəhəri Heydər Əliyev Mərkəzində “Xarıbülbül” adlı sərgi nümayiş etdirilib

07.07.2021

Gəncə Regional Mədəniyyət İdarəsi tabeliyində olan Gəncə şəhəri Heydər Əliyev Mərkəzində K.D.Uşinski adına 29 №-li tam orta məktəbin şagirdlərinin rəsm və dekorativ tətbiqi sənət nümunələrindən ibarət “Xarıbülbül” adlı sərgi nümayiş etdirilib.

Sərgi barədə K.D.Uşinski adına 29 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova məlumat verərək bildirib ki, sərgi 2020-ci ildə sentyabr ayının 27-dən noyabr ayının 10-dək çəkən II Qarabağ Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış igidlərimizin əziz xatirəsinə həsr olunmuşdur.

“Xarıbülbül” sərgisi cari ilin sentyabr ayının 15-dək davam edəcəkdir.