03.07.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialı yazıçı, publisist- hüquqşünas Əlisəfa Soltan oğlu Azayevin anadan olmasının 70 illiyi ilə əlaqədar kitablarının xülasəsini keçirdi.
Tədbiri böyük kitabxanaçı Könül Mirxudayeva açaraq əvvəlcə yazıçının həyat və yaradıcılığı haqqında məlumat verdi və qeyd etdi ki, yazıçı 1951 - ci ildə Kürdəmir rayonunun Qaramahmudlu kəndində anadan olub.Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsini bitirib,BDU -nun konstitusiya hüququ üzrə aspiranturasında oxuyub.Hazırda Azərbaycan Yazıçılar və Jurnalistlər birliyinin üzvüdür.
Sonra kitabxanaçı yazıçının səkkiz kitabının xülasəsini etdi: "Qorxulu oyun","Sahildə qətl","Qanlı gündəlik", "Səadət sorağında", "Qatarda hadisə", "Vahimə", "Qürbət ellərdə","Cəsusun ifşası"