03.07.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzi 02 iyul 2021-ci il tarixdə Azərbaycan Polisi yaranmasının 103-cü ildönümü ilə bağlı videokonfrans keçirdi.
Tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi, Əməkdar Mədəniyyət İşçisi, şair-publisist Bəxtiyar Muradov və kənd filial işçiləri iştirak etdilər.
Tədbiri Samux rayon Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Arif Məmişov açaraq Azərbaycan Polisi günü münasibətilə hüquq mühafizə orqanların əməkdaşlarının təbrik etdi. O, qeyd etdi ki, Azərbaycan Polisi günü Respublikamızda qeyd edilən xüsusi günlərdən biridir. Azərbaycanın ilk polis bölüyü 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti dövründə cinayətkarlıqla mübarizə aparmaq məqsədi ilə yaradılıb. Ümummilli Lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmanla iyulun 2-si Azərbaycan Polis günü elan olunub. Azərbaycan polisinə Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində böyük diqqət və qayğı göstərmişdir. Hazırda bu diqqət və qayğı Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Respublika prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonra isə söz Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi, Əməkdar Mədəniyyət İşçisi, şair-publisist Bəxtiyar Muradova verildi. O, çıxışında 2 iyul Azərbaycan Polis günü münasibətilə Daxili İşlər Nazirliyinin şəxsi heyətini təbrik etdi. O, bildirdi ki, Azərbaycan polisi güclü maddi-texniki bazası, ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə dəqiq təşkil edilmiş sistemi və peşakar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində davam edən bu inkişaf və modernləşmə vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərini etibarlı müdafiə etməyə, cinayətkarlığa qarşı mübarizədə adekvat cavab tədbirləri görməyə tam imkan verir. Bu gün Azərbaycan polisi cinayətkarlığa qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir, vətəndaşların qanuni mənafelərini hüquq və azadlıqlarının müdafiəsi sayəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldur.
Daha sonra söz Mədəniyyət Mərkəzinin müşayiətçisi Şəlalə Tağıyevaya verildi. O, da öz növbəsində hüquq mühafizə orqanlarının əməkdaşlarını təbrik etdi və çıxışında bildirdi ki, dünyada geniş yayılmış koronaviris pandemiyası ilə mübarizə dönəmində də Azərbaycan polisi üzərinə düşən öhdəlikləri ən yüksək səviyyədə yerinə yetirir. Polislərimiz pandemiya dövründə üzərinə düşən məsuliyyəti dərk edərək ən yüksək səviyyədə həyata keçirir. Azərbaycan polisi bu gün də pandemiya ilə mübarizədə ön sırada dayanır və vətəndaşımızın sağlamlığının qorunması üçün gecə-gündüz fasiləsiz xidmət göstərir. Azərbaycan polisinin bu xidmətləri Prezidentimiz İlham Əliyev tərəfindən yüksək qiymətləndirilir. Milli maraqları, dövlətçilik mənafelərini daim uca tutan daxili işlər orqanları Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ölkəmizin davamlı inkişafı naminə həyata keçirdiyi mühüm tədbirlər, vətəndaşlarımızın təhlükəsiz həyatının, asayişinin qorunması işinə bundan sonra da layiqli töhfələr verəcək.
Daha sonra söz digər tədbir iştirakçılarına verildi və onlara geniş məruzə ilə çıxış etdilər.