30.06.2021
30 iyun 2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzi, Samux rayon Mərkəzi Kitabxanasının oxuculara xidmət şöbəsi və Sarıqaya kənd kitabxana filialı ilə birgə “Məhəbbət dastanını yazanlar” adlı videokonfrans keçirdi.
30 iyun Milli sevgililər gününə həsr olunmuş tədbirdə ilk növbədə şəhidlərimizin əziz xatirəsi hörmətlə anıldı.
Sonra oxuculara xidmət şöbəsinin müdiri Vüsalə Əliyeva qeyd etdi ki, bu günün xalq arasında 30 İyun Sevgililər Günü olaraq qeyd edilməsi öz başlanğıcını 20 yanvar 1990-cı ildə şəhid olmuş İlhamla onun həyat yoldaşı Fərizənin 1989-cu ildəki toy günündən alır. Artıq Azərbaycanda sevgililərin və yeni evlənənlərin İlhamla Fərizənin məzarını ziyarət etmələri ənənə halı alıb.
Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova maraqlı çıxışı ilə vurğuladı ki, iki Azərbaycan gənci – İlhamla Fərizə dünya sevgi dastanları içərisində özündə şəhidliyi, Vətənə, bayrağa, Vətəninin azadlığına duyduğu sevgisi ilə seçilir. O, bu gün münasibətilə şəhid ərinin tabutunu çiyinlərində daşıyan qadınları, Bayraq, Vətən sevdası uğruna canından keçən bizə Zəfəri bəxş edən şəhidlərimizin o ilahi sevgisi qarşısında sonsuz sayğı ilə baş əydiyini bildirdi
Sarıqaya kənd filialının müdiri Tahirə Abbasova mövzu ilə bağlı çox maraqlı məlumatlar verdi və “Fərizə-İlham dastanı”ndan bir parça səsləndirdi.