Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”İnsan hüquqları və insan haqları” adlı dəyirmi masa keçirilmişdir

30.06.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzində "İnsan hüquqları və insan haqları" adlı dəyirmi masa keçirildi.

Tədbirin ilk açılışını Samux rayon Mədəniyyət Mərkəzinin direktor əvəzi Arif Məmişov açdı və insan hüquqlarından danışdı.

Sonra sözü Samux şəhər Hüquq Mühafizə Orqanının işçisi polis kapitanı Samux şəhəri üzrə sahə müvəkkili Bayram Məmmədova və Samux rayon Qovlarsarı kənd sahə müvəkkili polis leytenantı Həsən Qurbanova verildi.

Dəyirmi masa arxasında əyləşənlər insan hüquqları haqqında suallar verdilər və polis əməkdaşları sualları ardıcıllıqla cavablandırdılar.

Tədbirin sonunda Mədəniyyət Mərkəzinin kollektivi adından tədbirdə iştiraka görə Samux rayon polis şöbəsinin əməkdaşlarına təşəkkür bildirildi.