29.06.2021
25.06.2021-ci il Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzi, Samux rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsi, Qarayeri qəsəbə kitabxana filialı, Qarayeri qəsəbə 1 saylı körpələr evi, uşaq bağçası birgə təşkilatçılığı ilə 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 103-cü ildönümü münasibəti ilə “Ordumuz bizi qoruyur” adlı onlayn görüş keçirildi.
Tədbiri giriş sözü ilə Samux rayon Qarayeri qəsəbə kitabxana filialının müdiri açıq elan etdi. O, çıxışında Azərbaycan Respublikasının Silahlı Qüvvələri gününün 103-cü ildönümü münasibəti ilə tədbir iştirakçılarını və qonaqları təbrik etdi və bildirdi ki, 2021-ci ildə Silahlı Qüvvələrin yaranma gününü xüsusi coşqu ilə, fərəh hissi ilə qeyd edir çünki ötən il 44 günlük Müharibədə Azərbaycan Ordusu öz gücünü bütün dünyaya tanıtdıq. 30 illik həsrətdən sonra Azərbaycanın Silahlı Qüvvələri sayəsində torpağlarımızın işğaldan azad edildiyindən danışdı. Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova, Mərkəzi Kitabxana Sisteminin uşaq şöbəsinin müdiri Venera Məmmədova, Kitabxana biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi-informasiya texnologiyaları üzrə mütəxəssisi Pərvanə Qarayeva, Qarayeri qəsəbə 1 saylı uşaq baxçası, körpələr evinin müdiri Mahirə Məmmədova çıxış etmişlər.
Tədbir baxçada uşaqların hazırladığı vətənpərvərlik mövzusunda nömrələrlə sona çatdı.