12.02.2018
Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Xocalı rayon Mədəniyyət evinin təşkilatçılığı ilə “N” saylı hərbi hissəsinin əsgər və zabitləri üçün vətənpərvərlik mövzusunda film nümayişi təşkil olunmuşdur.
Film nümayişindən əvvəl Mədəniyyət evinin metodisti Kamil Əzimov çıxış edərək hərbi hissənin əsgər və zabitlərini salamladı, belə tədbirlərin mütamadi keçirilməsi barədə məlumat verdi.
Sonra vətənpərvərlik ruhunda çəkilmiş “Seçilən” filmin nümayişi olmuşdur.