25.06.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Qarayeri qəsəbə kitabxana filialı, Samux Heydər Əliyev Mərkəzi, Qarayeri qəsəbə Uşaq Musiqi Məktəbi birlikdə Aşıq Ələsgərin 200 illiyi münasibətilə “Haqq Aşığı” adlı onlayn tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Qarayeri qəsəbə kitabxana müdiri Samirə Məmmədova açıq elan etdi. Qonaqları və tədbir iştirakçılarını salamlamaq üçün sözü Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətova verdi. O, tədbir iştirakçılarını və qonaqları salamladı və tədbirə uğurlar arzuladı.
Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova Aşıq Ələsgərin nəinki Azərbaycan aşıq sənətinə bəxş etdiyi sonsuz xəzinədən, onun yaradıcılığının dünya aşıq sənətində tutduğu mühim yerdən danışdı.
Samux rayon Qarayeri qəsəbə Uşaq Musiqi Məktəbinin saz müəllimi Ramin Vəlioğlu saz sənətindən danışdı və aşıq havasını ifa etdi. Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Seyidlər kənd kitabxana filialının müdiri Xatirə Məmmədova Aşıq Ələsgərin “Qaşların” adlı şeirini söylədi. Samux rayon Çobanabdallı kənd Diyarşünaslıq evinin kütləvi təşkilatçısı Asif Məmmədov Aşıq Ələsgərin qoşmalarından dedi, Qarayeri qəsəbə klubunun müdiri Günel Həsənova Aşıq Ələsgərin həyatından danışdı, şeirini söylədi.