25.06.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mərkəzi Kitabxananın Uşaq şöbəsinin 26 İyun Azərbaycan Silahlı Qüvvələr günü münasibətilə “Azərbaycan əsgəri” adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Uşaq şöbəsinin müdiri Rəna Məhərrəmova açdı, 26 İyun Azərbaycan Silahlı Qüvvələri gününü yaranma tarixi haqqında məlumat verdi. 2 saylı şəhər tam orta məktəbin tarix müəllimi İlhamə Qasımova Azərbaycan əsgərinin 44 günlük Vətən müharibəsi zamanı göstərdiyi qəhrəmanlıq və şücaətdən danışdı və qeyd etdi ki, Azərbaycan Ordusu 44 gündə böyük bir tarix yazdı. Uşaq şöbəsi Oxu zalının müdiri Samirə Əliyeva “Milli Ordumuz dünən və bu gün” adlı məruzə ilə çıxış etdi.
Tədbirdə 2 saylı tam orta məktəbinin “Gənc Mübarizlər” klubunun üzvləri hərbi-vətənpərvərlik mövzusunda şeirlər söylədilər. Tədbir məktəblilərin ifasında “Xudayar təsnifi” ilə başa çatdı.