25.06.2021
Gəncə Regional Mədəniyyət İdarəsinin Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Oxuculara xidmət şöbəsində “Haqq aşıqı-Dədə Ələsgər” mövzusunda onlayn tədbir keçirildi.
Tədbiri giriş sözü ilə Oxu zalının müdiri Mehriban Həbibullayeva açaraq Aşıq Ələsgərin həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verdi.
Tədbirdə Kəlbəcər rayon 50 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi Könül Mehdiyeva, Gəncə şəhər 24 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi Dürdanə Quliyeva, metodist Gülnarə Mamedova çıxış edərək bildirdilər ki, Aşıq Ələsgərin yaradıcılığında dinləyicilərə əxlaqi nəsihətlər, mənəvi dəyərlər aşılayan şeirlər, ustadnamələr mühüm yer tutur. Aşağın əxlaqi-tərbiyəvi mövzuda deyilmiş şeirləri xalqın müdrikliyini, sənətkarın böyük həyat təcrübəsini əks etdirir. Azərbaycan ədəbiyyatı tarixində şərəfli yer tutan aşıq Ələsgərin zəngin poetik irsi ölkəmizin bir çox aşıqları üçün əsl sənətkarlıq məktəbir.
Tədbirdə Kəlbəcər rayon 11 saylı tam orta məktəbin şagirdləri Nahidə İsmayılzadə, Səkinə Xəlili, aşıq Ələsgərin “Olmaz”, “Gərəkdi” şeirlərini səsləndirdilər. Aşıq Ələsgər Şahverdiyev, Söhrab Süleymanov, Sevinc Abbasova, Yaşar Kamalov “Göyçəgülü”, ”Zarıncı”, “Ruhani”, “Naxçıvani” havalarını ifa etdilər.