25.06.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Zeyvə kənd Folklor Evi və Şəfəq kənd Mədəniyyət evinin təşkilatçılığı ilə "Zəfər Tarixin Mübarək Azərbaycan" adlı 26 iyun Silahlı Qüvvələrin yaradılmasının 103 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə I- ci Qarabağ Müharibəsinin Şəhid ailələri,Vətən Müharibəsinin Şəhid ailələri, Qazilər, Hərbicilər,kənd ziyılıları və Mədəniyyət evinin nəzdində fəaliyyət göstərən məktəblilərdən ibarət olan dərnək üzvüləri iştrak etmişdir.
Tədbir Vətən Müharibəsi Şəhidi Xudayar Yusifzadənin xatirəsinə bəstələnmiş "Xudayar" təsnifi səsləndirilərək açıq elan olunmuşdur.Giriş sözü ilə Zeyvə kənd Folklor evinin direktoru Aygül Rəsulova və Şəfəq kənd Mədəniyyət evinin direktoru Samirə Kazımova bütün tədbir iştrakçılarını salamlayaraq Azərbaycan Ordusunun keçdiyi şərəfli döyüş yolundan söhbət açdılar. Bu gün Ali Baş Komandanımızın dəmir yumruğu və Müzəffər Ordumuzun qüdrəti sayəsində azadlığına qovuşan Qələbə sevincini bizlərə yaşadan igid oğullarımıza minnətdarlıq bildirilərək Şəhidlərimizə uca Allahdan rəhmət dilədilər.
Tədbirdə dərnək üzvüləri olan məktəblilərin hazırladığı şeir parçaları və musiqilər səsləndirildi. Sonda iştrak edən Şəhid ailələri, Qazilər,Ordu sıralarında xidmət göstərən kapitan Şahin Səfərov onlara göstərilən diqqət və qayğıya görə Ölkə Başçısı cənab İlham Əliyevə Birinci Vitse-prezident Mehriban Əliyevaya minnətdarlıq ifadə etdilər.