24.06.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı kitabxana filialı 26 iyun Azərbaycan silahlı Qüvvələr günü ilə əlaqədar “Vətənə oğul gərəkdir” adlı ədəbi-bədii kompozisiya keçirdi.
Tədbiri 1 saylı kitabxana filialının böyük kitabxanaçısı Mənzər Məlikova qeyd etdi ki, Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 sentyabr tarixli fərmanı ilə təsis edilmiş və 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan ordusunun yaradılması barədə Azərbaycan Ali Sovetinin qərarının qəbul edildiyi tarix – 9 oktyabr, Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən həmin fərman qüvvədən düşürülmüş və 26 iyun tarixi haqqında məlumat verib tədbiri açıq elan etdi.
Daha sonra söz Cəfər Cabbarlı adına 6 saylı orta məktəbin tarix müəllimi Günay Abdullayevaya, Gəncə Dövlət Universitetinin Ümumi tarix kafedrasının dosenti tarix üzrə fəlsəfə doktoru Hüseyn Bəxtiyarlıya, Cəfər Cabbarlı adına 6 saylı orta məktəbin 5-ci sinif şagirdi Aydan Namazova, 8-ci sinif şagirdi Zərifə Tağıyeva, 5-ci sinid şagirdi Sultanov Kamrana verildi. Sonda isə söz Gəncə şəhər MKS-nin direktor əvəzi Fəridə Qədimovaya verildi.