24.06.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzi kənd filialları ilə birgə 26 İyun Azərbaycan Respublikası Silahlı Qüvvələri gününə həsr olunmuş "Azərbaycan əsgəri mərdlik rəmzidir" adlı video konfrans keçirtdi.
Tədbiri Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Arif Məmişov açdı. O, öz çıxışında bildirdi ki, əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan ordusunun ənənələri müasir dövrdə də qorunub saxlanılır və inkişaf etdirilir. Bu isə Ümummilli Liderimiz Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün olmuşdur. Avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olundu, ilk müdafiə naziri isə Xosrov bəy Sultanov təyin edildi. 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan ordusunun yaradılması haqqında qərar qəbul edildi. Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli qərarına əsasən, 26 İyun Silahlı Qüvvələr Günü elan olundu. Ulu Öndər siyasətinin davamçısı olan Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə Silahlı Qüvvələr günü və müstəqilliyin bərpası ilə müasir Azərbaycan Ordusunun hərbi paradı keçirildi.
Daha sonra söz Gəncə Regional Mədəniyyət İdarəsinin Samux rayonu üzrə baş məsləhətçisi Süleyman Əliyevə verildi. O, bildirdi ki, tariximizin hansı səhifəsini vərəqləsək orada igid babalarımızın keçdiyi qəhrəmanlıq yollarının izinə rast gəlirik. Biz bu gün çox sevincliyik ki, Ali Baş Komandanımız cənab İlham Əliyevin dəmir yumruğu və şücaətli ordumuzun gücü sayəsində torpaqlarımızı işğaldan azad edərək ordumuzun gücünü bütün dünyaya sübut etdik.
Sonra söz Mədəniyyət Mərkəzinin Ziyadlı kənd Sənətkarlıq evinin müdiri Ülviyyə Tağıyevaya verildi. O çıxışında Silahlı Qüvvələrin yaranması haqqında geniş məruzə edərək bütün tədbir iştirakçılarını və xalqımızı bayram münasibətilə təbrik etdi