24.06.2021
Gəncə Regional Mədəniyyət İdarəsinin Goranboy rayon Mərkəzi Kitabxananın işçiləri 26 iyun Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə günü ilə əlaqədar “Narkomaniya bəşəriyyətin ən böyük bəlasıdır” adlı tədbir keçirdilər.
Tədbirdə Goranboy rayon Polis Şöbəsinin Narkotiklə Mübarizə Qrupu Əməliyyat Müvəkkili Əli Məmmədov, Goranboy rayon İcra Hakimiyyətinin Yeniyetməlik yaşına çatmayanların məsul katibi Elvin Həsənəliyev, Goranboy rayon Təhsil şöbəsinin məsləhətçi Mirabbas Məmmədov narkomaniya və onun törətdiyi fəsadlar haqqında çıxış etdilər. Onlar rayon ərazisində fəaliyyət göstərən təlim-tərbiyə ocaqları ilə mütəmadi olaraq tədbirlər keçirdiklərini, şagirdlərin sağlam ruhda böyümələri üçün öz əməli köməkliklərini göstərdiklərini və bu əlaqələrin bundan sonra da mütəmadi olaraq davam etdirəcəklərini diqqətə çatdırdılar. Eyni zamanda bildirdilər ki, narkomanlığa qarşı mübarizə, yeniyetmə-gənclərin zərərli vərdişlərə aludəçiliyinin qarşısının alınması və sağlam həyat tərzinin təbliği, nəinki dövlətin, habelə hər bir vətəndaşın borcudur.
Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Gülnarə Nəsibova, Oxu zalının müdiri Sevda Əliyeva, fond müdiri Gülnar Nəcəfova, 1 nömrəli Yeniyol kənd kitabxana filialının böyük kitabxanaçısı Zeynəb Tağıyeva məruzə ətrafı çıxış edərək bu bəlanın tezliklə sona yetməsini arzuladılar.