Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Nizami Gəncəvi və Avropa mədəniyyəti” başlıqlı canlı yayım keçirildi

23.06.2021

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı filialı dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar “Nizami Gəncəvi və Avropa mədəniyyəti”  başlıqlı canlı yayım keçirdi. Tədbiri filialın kitabxanaçısı Şəhla İlyasova apardı. Canlı yayımın qonağı Gəncənin ilk filosof xanımı, Azərbaycan Texnologiya Universitetinin “İctimai elmlər və multikulturalizm” kafedrasının dosenti, nizamişünas, alim Süsənbər xanım Məmmədli idi.