Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Nizami lirikası”adlı onlayn görüş keçirilmişdir

23.06.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının Oxuculara Xidmət Şöbəsinin Abonoment bölməsinin müdiri Telli Nəsibova "Günlərdən poeziya" adlı layihəsi ilə "Nizami lirikası"adlı  Gəncə Maarif evi İctimai birliyinin təsisçisi İmamverdi Vəliyev və Gəncə Dövlət Universitetinin filologiya fakültəsinin III kurs  tələbəsi Xanım Cəfərova ilə onlayn görüş keçirtmişdir.

Görüşdə İmamverdi Vəliyev Nizami Gəncəvinin lirikasından danışmış həm lirik şeirlərindən ibarət olan divanindakı qəzəllərdən həmdə Xəmsəsinə daxi olan poemaların hər birinin içərisində olan lirik şeirlərdən  söyləmiş ,Nizami sənətinin öyrənilməsi araşdırılması haqqında məlumat vermişdir.  Xanım Cəfərova Nizami Gəncəvinin Sənsiz və Görünür qəzəllərini səsləndirmişdir.