Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Mənəvi sərvətlər xəzinəsi-Nizami Gəncəvi” adlı onlayn ədəbi–bədii gecə keçirildi

22.06.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsi  dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş  2021-ci il “Nizami Gəncəvi ili” ilə əlaqədar olaraq “Mənəvi sərvətlər xəzinəsi-Nizami Gəncəvi” adlı onlayn ədəbi–bədii gecə keçirtdi.

Tədbiri şöbənin müdiri Ellada Rəhimova açaraq bildirdi ki, söz dünyasının günəşi sayılan şair hələ saglığında belə əsərləri möcüzə sayılırdı. Böyük söz ustadı Nizami Gəncəvi Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi dahi şəxsiyyətlərdən biridir. Əsərləri doqquz yüz ilə yaxındır ki, bədii söz xəzinəsinin incisi hesab ounur.

Tədbirdə iştirak edən AYB-nin üzvü, Gəncə bölməsinin sədri, Əməkdar Mədəniyyət İşçisi, şairə, dramaturq Xəzangül Hüseynova, AMEA-nın Gəncə bölməsinin Nizamişünaslıq şöbəsinin böyük elmi işçisi, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Aləmzər Tağıyeva, AMEA-nın  Gəncə bölməsi Nizami Gəncəvi Mərkəzinin şöbə müdiri Təranə Verdiyeva, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat institunun Uşaq Ədəbiyyatı şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Gülnar Qəmbərova, AYB-nin üzvü, şairə Aləmzər Əlizadə, Fizika-riyaziyyat və informtika təmayüllü 26 nömrəli məktəbin təşkilat rəhbəri Aytəkin Nəzərova öz çıxışlarında Nizami Gəncəvi yaradıcılığından söz açaraq qeyd etdilər ki, şairin yaşayıb yaratdığı dövrdən bizi doqquz yüz ilə yaxın bir vaxt ayırsada  dünya ədəbiyyatında o, hər zaman  böyük məhəbbət və hörmətlə yad olunur, tədqiq edilir və sevilir. Şairin oxucunu həyata, insanlığa qarşı məhəbbət ruhunda tərbiyələndirən ölməz əsərləri bu gündə gözəllikləri, ülviyyəti dərk etməyə çağırır, ağlın qüdrətinə, haqqın, ictimai xeyirin qələbəsinə inam hissləri oyadır.

Gecənin bədii hissəsi Gəncə şəhəri 4 nömrəli Musiqi məktəbinin müəlliməsi Tağızadə Kəmalənin ifasında sözləri Nizami Gəncəvi musiqisi ölməz bəstəkar Üzeyir Hacıbəyovun “Sevgili canan” əsəri ilə başladı. Tədbirdə həmin müsiqi məktəbinin şagirdləri tərəfindən Nizami Gəncəvinin sözlərinə bəstələnmiş “Bayatı Şiraz” və “Simayi Şəms” ifa olundu. Ədəbi–bədii gecədə iştiirak edən 26 və 27 nömrəli məktəbin şagirdləri klassik ədəbiyyatımızda ölməz incilər yaradan Nizami Gəncəvinin “Xəmsə”sindən parçalar qiraət etdilər. Sonda Gəncə şəhər MKS-nin direktor müavini Fəridə Qədimova öz çıxışında qeyd etdi ki böyük söz sərrafı Nizami Gəncəvi o sənətkarlardandı ki, dərin fəlsəfi məzmunlu əsərlərini onu oxuyanlara  yüksək poetik dillə, anlayışlı bir tərzdə çatdıra bilmişdir. Elə bu baxımdan da şairin əsərləri bu gündə sevilir.