19.06.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 11 saylı kitabxana filialı 18.06.2021-ci il tarixdə 18 iyun Milli İnsan Hüquqları Günü münasibətilə “Hüquqlarımızı bilirikmi?!” adlı onlayn sual-cavab gecəsi keçirtmişdir.
Tədbirin aparıcısı filialın müdiri Esmira Həsənova tədbir iştirakçılarını salamladıqdan sonra, 18 iyun Milli İnsan Hüquqları Günü haqqında məlumat verərək bildirdi ki, hər il iyunun 18-i Milli İnsan Hüquqları Günü kimi qeyd olunur. Azərbaycanda Milli İnsan Hüquqları Günü kimi qeyd olunması ilə bağlı ümummilli lider Heydər Əliyev 1997-ci ildə Sərəncam imzalayıb. Ulu öndərimiz Heydər Əliyev 1998-ci il iyunun 18-də Azərbaycan Respublikasında "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nı təsdiq edib.
Daha sonra suallar səsləndirildi və sual-cavab şəklində fikir mübadiləsi oldu. Diskusiyada Gəncə şəhər 21 saylı tam orta məktəbin Ağsu və Kəlbəcər rayon orta məktəblərinin şagirdləri fəal işirak etdi .
Tədbirdə Ağsu şəhər 2 saylı tam orta məktəbin müəllimi Nigar Kərimova, Kəlbəcər rayon 11 saylı tam orta məktəbin müəllimi Ruhəngiz Ağamirova iştirak etdi. Onlar da öz növbəsində insan və uşaq hüquqları haqqında öz fikirlərini bildirdilər.
Tədbirdə fəal iştirak edən iştirakçılar elektron sertikat ilə təltif olundu.
Tədbirin sonunda kitabxananın fondunda olan hüquqa aid kitablar tövsiyyə olundu.