Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“100 ilin işığında” adlı kitabın təqdimatı keçirilmişdir

19.06.2021

 İyunun 17- də Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi kitabxanasının oxu zalı Gəncənin salnaməsinə çevrilən  – “Gəncənin səsi” qəzetinin 100 illik yubileyi və  bu yubileyə töhfə olaraq qəzetin baş redaktoru Rəfiqə Sadıqovanın müəllifi olduğu “100 ilin işığında” adlı kitabının təqdimatı ,“Ulu yurdun ulu səsi” adlı onlayn ədəbi-bədii gecə keçirilmişdir. Tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi, Əməkdar Mədəniyyər işçisi, şair-publisist Bəxtiyar Muradov, Azərbaycan Yazıçılar Birliyi Gəncə  bölməsinin sədri , Azərbaycan yazıçılar İttifaqının üzvü , şairə-dramaturq Xəzangül Hüseynova, yazıçı-jurnalist, dramaturq, publisist Nüşabə Məmmədli, Sair Aləmzar Əlizadə, “101.az” saytın müxbiri Sənubər Qocayeva, Türk xalq ozanı Aşıq Maksut Fəryadi , Cənubi Azərbycanın Körpü jurnalının redaktoru, yazıçı Səxavət İzzəti, müğənni Şahin İsmayılov , Cənubi Azərbaycan şairi, yazıçı, aparıcı. Cəlil Dərhəmcanlı (Taymaz Miyanalı), Şair dramaturq Sahib İbrahimli, Cənubi Azərbaycan dan şair ,tənqidçi Məhəmməd Çalqın , Gəncə Dövlət Dram teatrının aktyorları Sevinc Hüseynova, Mətləb Təhmazi, Ruslan Hüseynov, Emil Salmanov, Rəşad Hüseynov, Azərbaycan Respublikasının əməkdar müəllimi professor Həsənbala Sadıqov, Bakı Dövlət Universitetinin müəllimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü , şairə Iradə Əlili ,Şairə-publisist, Ombusman Aparatının əməkdaşı Azadə Novruzova , Milli Məclisin Deputatı Pərvin Kərimzadə, və kitabxananın onlayn izləyiciləri və kitabxana əməkdaşları iştirak edirdi.

     Tədbiri giriş sözü ilə açan oxu zalının əməkdaşı Tərifə Abbasova ilk sözü Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi, Əməkdar Mədəniyyər işçisi, şair-publisist Bəxtiyar Muradova verdi.  B. Muradov tədbir iştirakçılarını Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətovun adından salamladı və qəzetin keçdiyi uğurlu yol haqqında qısa məlumat verdi.

 Yuxarda adları qeyd olunan iştirakçıların çıxışından sonra söz “Gəncənin səsi” qəzetinin Baş redaktoru, “Qızıl qələm”, “Həsən bəy Zərdabi” Ali ədəbi və Ali media mükafatlarının laureatı, “Tərəqqi” medallı Rəfiqə Sadıqovaya verildi O kitab haqqında ətraflı məlumat verib. bildirib ki, 360 səhifədən və 5 fəsildən ibarət olan kitab “Gəncənin səsi” qazetinin bir əsrlik tarixini özündə əks etdirir. Gəncə kimi, qəzetin də adı ümumilikdə 7 dəfə dəyişdirilib. Qəzet 1920-ci ilin may ayının 5-də “Qırmızı Gəncə”, Zərbə” ,”Kirovabad bolşeviki”, “Kirovabad fəhləsi”, “Gəncə kommunisti”, “Kirovabad kommunisti” və nəhayət 1990-cı il yanvarın 1-dən etibarən “Gəncənin səsi”adı ilə oxuculra təqdim olunub. Rəfiqə Sadqova: “100 yaş uluların yaşıdır. 100 yaş imtahandan şərəflə şıxanların yaşam pasportudur. 100 yaş özünütəsdiqin ən bariz nümunəsidir. 100 yaşlı “Gəncənin səsi” bu günə kimi keçən keşməkeşli fəaliyyət yolunun öhdəsindən şərəflə, qətiyyətlə, məsuliyyətlə gəlib və bu missiyasına daim sadiq qalacaqdır. Hər zaman doğma Gəncəmizin şərəf salnaməsi funksiyasını bundan sonra da uğurla yerinə yetirəcək”. 
Çıxışının sonunda müəllif ölkədə yazılı mətbuata göstərilən diqqət və qayğıya görə, Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və şəhər rəhbərinə öz minnətdarlığını bildirib. 

  Tədbirin bədii hissəsində iştirak edən istedadlı müğənni, Şahin İsmayılov “Gəncə “, Nəriman Əzimov “ Gözəl Gəncəm” , Cənubi Azərbaycandan müğənni Həmid Hamvər “Gəncədən bir fayton gəlir, Türk xalq ozanı Aşıq Maksut Fəryadi “Azərbaycan-Türkiyə”mahnılar ifa etmişlər. Təbriz şəhərindən şair Xosrov Barışan Gəncənin səsi qəzetini şeirlə təbrik edib . Sonda Gəncə şəhə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Əməkdar mədəniyyət işçisi Elmira Əliyeva və direktor müavini Fəridə Qədimova qonaq qismində tədbirdə yer alan bütün iştirakçılara və tədbirin təşkilatçısı və tədbiri ərsəyə gətirən oxu zalının əməkdaşı Tərifə Abbasovaya minnərdarlıq bildiriblər.