Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncə Regional Mədəniyyət İdarəsində təqdimat keçirilib

19.06.2021

Gəncə Regional Mədəniyyət İdarəsinin Goranboy rayon Rövşən Qarayev adına Xan Qərvənd kənd Uşaq Musiqi məktəbinin fortepiano ixtisası üzrə IV sinif şagirdi Abbasova İnci Əvəz qızı, 28 may – 5 iyun 2021-ci il tarixlərində Rusiya Federasiyasının Kazan şəhərində onlayn formada keçirilən “Kruqovorottalantov” Beynəlxalq İncəsənət Festivalında iştirak edərək II dərəcəli laureat adını almış və Diploma layiq görülmüşdür.

Məktəbin fortepiano müəllimi Abbasova Məhbubə Bayram qızı isə həmin festivalın Təşəkkürnaməsini almışdır.

Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov Beynəlxalq İncəsənət Festivalının Diplomunu və Təşəkkürnaməsini sahiblərinə təqdim edərək, onlara daha böyük uğurlar arzulamışdır.

Təbrik edirik.