19.06.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Qarayeri qəsəbə Uşaq Musiqi məktəbinin şagirdləri Rusiyanın Kazan şəhərində 28.05.2021-05.06.2021-ci il tarixlərində keçirilən “Kruqovorottalantov” Beynəlxalq musiqi festivalında xalqçalğı alətləri şöbəsinin səs-muğam sinfinin şagirdi Orucova Jalə Ramil qızı 1-ci dərəcəli laureat, müəllim Nuriyeva Zəminə Alim qızı, konsertmesterlər tarda İmanov Əjdər Famil oğlu, fortepianoda İsmayılov Seyfi Ferruz oğlu təşəkkür almışlar.
Fortepiano şöbəsinin şagirdi Nağıyeva Səbinə Emin qızı həmin müsabiqənin II-ci dərəcəli laureatı, müəllim İsgəndərova Tacirə İkram qızı təşəkkür almışlar.
Məktəbin Xor kollektivi (bədii rəhbər Cəlilova Nailə Salman qızı) konsertmeyster İsmayilov Seyfi Ferruz oğlu 01.06.2021-ci il tarixində Avstriyanın Vena, Macaristanın Budapeşt, Ukraynanın Kiyev və Baki şəhərində kiçirilən “Созвездиесвятогорья – ASİA 2021” Beynəlxalq musiqi festivalında məktəbin 12 nəfər şagirdi isə III dərəcəli laureat mükafatına layiq görülmüşdülər.
Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov mükafatları sahiblərinə təqdim etmiş, onlara uğurlar arzulamışdır.
Təbrik edirik.