Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncə şəhər Uşaq İncəsənət məktəbi Beynəlxalq festivalda iştirak edib

19.06.2021

Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Gəncə şəhər Uşaq İncəsənət məktəbinin “Xəmsə” nağaraçalanlar ansamblı və “Gəncə qönçələri” rəqs ansamblı 28 may-5 iyun 2021-ci il tarixlərində Tatarıstanda onlayn formada keçirilən “Kruqovorottalantov” Beynəlxalq İncəsənət Festivalında iştirak ediblər.

Məktəbin “Xəmsə” nağaraçalanlar ansamblı “Qran Pri” mükafatına, bədii rəhbəri Söhrab İbrahimov təşəkkürnaməyə, “Gəncə qönçələri” rəqs ansamblı II dərəcəli Diploma, bədii rəhbəri Xaliq İsgəndərov təşəkkürnaməyə layiq görülmüşlər.

Festivalda məktəbin tar ixtisası üzrə V sinif şagirdi Məmmədli Murad II dərəcəli laureat olmuşdur.

Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov Beynəlxalq Festivalının mükafatını və təşəkkürnaməsini sahiblərinə təqdim etmiş, onlara uğurarzulamışdır.

Təbrik edirik