18.06.2021
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qafqazın Canlı Konservatoriyası, Qafqazın Parisi adlanan Şuşa şəhərindəki görüşün çox mühim tarixi və siyasi bir hadisədir. Türkiyə və Azərbaycan Prezidentləri regionda sabitlik, sülh və iqtisadi yüksəliş siyasətini uğurla həyata keçirirlər. Şuşa bəyannaməsini iki qardaş ölkənin davam edən diplomatik əlaqələrinin şah əsəri kimi dəyərləndirmiş olsaq yanılmalırıq.
Tərəflər 13 oktyabr 1921-ci il tarixli Qars Müqaviləsinə sadiq olduqlarını bir daha təsdiq edərək,9 fevral 1994-cü il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtəfli əməkdaşlığın inkişafı barədə Müqavilə”ni və Azərbaycan Respubilikası əməkdaşlıq və qarşılıqlı yardəm haqqında Protokol”u, eləcə də 16 avqust 2010-cu il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə”nin şərtləri rəhbər tutuldu.
Azərbaycan və Türkiyə regionda uğurlu, diplomatik siyasət yeridən əsas dövlətdir. Bir millət iki dövlət deyimi təkcə özünü sözdə deyil hər iki siyasi liderlərin yeritdikləri siyasətdə də özünü göstərir. Azərbaycan və Türkiyə regionda siyasi sabitliyin, sülh və davamlı iqtisadi inkişafın tərəfdarlarıdır. Şuşa bəyannaməsi hər iki ölkə üçün mühim iqtisadi, siyasi əhəmiyyət kəsb edir. Azərbaycan və Türkiyə artıq böyük ipək yolu layihəsinin əsas icraçılarıdır. Bu isə gələcəkdə təkcə Azərbaycan və Türkiyənin deyil digər Avropa və Asiya dövlərlərinin iqtisadi inkişafına gətirib çıxaracaqdır. Qarabağda bərpa edilən enerjidən istifadə Qafqazın təbiətinin bərpa edilməsinə səbəb olacaq və bu sahədədə Türkiyə ilə əməkdaşlıq daha çox uğurlu nəticələr bəxş edəcək. Reallıq budur ki,Qardaş Ölkə 44 günlük vətən müharibəsi zamanı öz mənəvi və siyasi dəstəyini bizdən əsirgəlmədi. Türk mediası hadisələri olduğu kimi dünya ictimaətinin diqqətinə çatdırmaqla Azərbaycanın haqlı mövqeyini qərəzsis şəkildə işıqlandırdı. Şuşa bəyannaməsi ataların dostluq andına sadiqliyi gələcək nəsillərə isə bu dostluq andının mirasıdır. Yuxarıda qeyd etmişdim ki, Şuşa Qafqazın Parisi. Əmin olun ki, Cənab Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Şuşa Parisdən də gözəl şəhər olacaq.