16.06.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkşzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı 18 iyun Milli İnsan Hüquqları Günü münasibətilə "Hüquqlarımız bizim müdafiəçimizdir" başlıqlı onlayn maarifləndirmə tədbiri keçirdi. Tədbirdə kitabxana filialının müdiri Rahilə Qasımova 18 iyun Milli İnsan Hüquqları günü haqqında məlumat verdi.
Tədbirdə Rəsmi Hüquq Xidməti Rəhbəri peşəkar hüquqşünas Sevil Tağıyeva, Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı vəkillər bürosunun vəkili Vüqar Süleymanov, Metodiki işlərin təşkili şöbəsinin müdiri İradə Abbasova, kitabxananın əməkdaşları və oxucular iştirak etdilər. Hüquqşünaslar müasir dövrümüzdə hər bir dövlətin sivil inkişafı, demokratik dəyərlərə sadiqliyi, ilk növbədə onun insan hüquqlarına münasibəti ilə müəyyən olunmasını söylədilər. Həmçinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq ölüm cəzasının ləğv olunmasından, Əfv institutunun bərpa olunmasından, "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nın əhəmiyyətindən danışıldı. 2011-ci ildə "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəlliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın qəbul olunması cəmiyyətdə əhalinin müxtəlif qruplarının hüquqlarının qorunmasına öz töhfəsini vermişdir. Hər kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqşünaslar həm də uşaq hüquqlarından, uşaqların fiziki əməyə cəlb olmalarının qanunsuz olduğundan, əmək müqavilələrindən, şəxsi mülkiyyət və başqa qanunlar haqqında da danışdılar. Onu da qeyd etdilər ki, hər bir insan onun mənsub olduğu irqdən, çinsiyyətindən, dildən, dindən, siyasi və digər baxışlardan , milli və sosial mənşədən, mülkiyyətdən, doğum və başqa hallardan aslı olmayaraq təmin olunmuş insan haqlarına və azad olmaq hüququna malikdir. Hazırda müstəqil Azərbaycanda hüquq islahatları ölkə başçısının rəhbərliyi ilə uğurla davam etdirilir. Ölkəmizdə insan, vətəndaş hüquq və azadlıqlarının qorunması işi bu gündə təkmilləşdirilir və həyata keçməsi üçün müəyyən tədbirlər görülür. Tədbirdə həmçinin ombudsman çağrı mərkəzinin nömrəsi söylənildi və hüquqsünaslar tədbir iştirakçılarının müxtəlif suallarını cavablandırdılar.