16.06.2021
Gəncə Regional Mədəniyyət İdarəsinin Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Çaykənd kənd kitabxana filialında 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş “Azərbaycanın Milli Qurtuluş salnaməsi” adlı tədbir keçirildi.
Tədbiri giriş sözü ilə filial müdiri Könül Məmişova açaraq 15 İyun Milli Qurtuluş Gününün Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan önəmli günlərdən biri olmasından danışdı.
Tədbirdə Azərbaycan Texnologiya Universitetinin baş müəllimi Zeynəb Məmmədli, Laçın rayonu Nərmaniya kənd ümumi orta məktəbin tarix müəllimi Aynur Quluyeva, Kəlbəcər rayon 34 saylı tam orta məktəbin ingilis dili müəllimi Lalə Məmişova çıxış edərək bildirdilər ki, Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onun bütün dünya azərbaycanlılarının lideri olmasından, ömür yolunun doğma Vətənə xidmət nümunəsinə çevrilməsindən, bütün həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etməsindən, bu müdrik siyasi və dövlət xadiminin tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutmasından danışdılar.
Tədbirdə Laçın rayonu Nərmaniya kənd ümumi orta məktəbin 6-cı sinif şagirdi Cavadlı Zəri, Gəncə şəhəri 44 saylı litseyin 3-cü sinif şagirdi Aylin Qənizadə Ulu Öndər Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirdilər.
Tədbirdə Mərkəzi kitabxananın və kənd kitabxabxana filiallarının əməkdaşları iştirak etdilər.