16.06.2021
Gəncə Regional Mədəniyyət İdarəsinin Samux rayon Qarayeri qəsəbə Uşaq Musiqi Məktəbinin 2020/2021-ci tədris ilinin yekunu ilə bağlı hesabat konserti oldu.
Konsertdə “Mənim Azərbaycanım”, “Ana yurdum”, “Vətən yaxşıdır”, “Azərbaycan” adlı vətənpərvərlik mahnıları ilə yanaşı, Nizami Gəncəvinin sözlərinə yazılmış romans, Üzeyir Hacıbəylinin, Tofiq Quliyevin əsərləri də ifa olundu.
Hesabat konsertinin sonunda Gəncə Regional Mədəniyyət İdarəsi rəisi Vasif Cənnətov çıxış edərə dərs ilinin sona çatması münasibətilə məktəbin kollektivini təbrik etdi, onlara xoş yay tətili arzuladı.