Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Narkomaniyanın insan alverinə təsiri” mövzusunda onlayn tədbir keçirildi.

15.06.2021

Samux rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü Samux rayon İcra Hakimiyyəti, Ağcabədi, Qaradağ, Bərdə, Şirvan Heydər Əliyev Mərkəzlərinin, Samux rayon Gənclər və İdman İdarəsi, Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, Samux rayon Köbər kənd tam orta məktəbinin birgə iştirakı ilə "Narkomaniyanın insan alverinə təsiri" mövzusunda onlayn tədbir keçirildi.

Tədbiri giriş sözü ilə açan Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova narkomaniyanin ictimai zərərindən, gənclərin həyatına mənfi təsirindən geniş bəhs etdi. Samux rayon Gənclər və İdman İdarəsinin rəisi Rəşad Qarayev, Ağcabədi Heydər Əliyev Mərkəzinin direktoru Rövşanə Əliyeva,Samux rayon MKS-in Seyidlər kənd kitabxana filialının müdiri və digər iştirakçılar mövzu ətrafında geniş nitq söylədilər. Müzakirələr apardılar.