15.06.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon MKS-nin Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin təşkilatçılığı ilə "Xalqımızın zəfər tarixi" adlı onlayn tədbir keçirildi.
Tədbiri giriş sözü ilə Samux rayon MKS-nin Uşaq şöbəsinin müdiri Venera Məmmədova açaraq, sözü Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənovaya verdi. Nuranə Həsənova və Zərdab Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova çıxış edərək hər kəsi "15 iyun Milli Qurtuluş Günü" münasibətilə səmimi qəlbdən təbrik etdi.
Tədbirdə Samux rayon Qarabağlılar kənd tam orta məktəbin müəllimi Aynurə Abdullayeva, Samux rayon 2 saylı tam orta məktəbin müəllimi Sevil Ələkbərova və məktəblilər iştirak etdilər. Qeyd olundu ki, müstəqil Azərbaycan Respublikası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə bir daha inkişaf edir, günü-gündən çiçəklənir. Sonda məktəblilər Dahi şəxsiyyətə həsr olunmuş şeirlər səsləndirdilər.