14.06.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəşləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi kitabxananın Uşaq şöbəsi 15 iyun Milli Qurtuluş Günü münasibəti ilə "Tariximizin dönüş anı" başlıqlı onlayn ədəbi-bədii gecə keçirtdi.
Tədbiri şöbənin kitabxanaçısı Kifayət Sadıqova açaraq tədbir iştirakçılarını 15 iyun Milli Qurtuluş Günü münasibəti ilə təbrik edib, Milli Qurtuluş gününün yaranması haqqında məlumat verdi və bildirdiki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir.
Tədbirdə Gəncə Regional Mədəniyyət idarəsinin məsləhətçisi Əməkdar mədəniyyət işçisi Bəxtiyar Muradov bildirdiki Azərbaycanın müasir tarixində, hər bir vətəndaşın həyatında baş verən müsbət dəyişikliklər, ilk növbədə, Heydər Əliyevin möhtəşəm qayıdışı və bu qayıdışın yaratdığı qurtuluş məfkurəsi ilə birbaşa bağlıdır.
Azərbaycanın sürətli inkişaf dövrünün məhz Milli Qurtuluş Günü ilə başladığını vurğuladı və həmin siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini diqqətə çatdırdı.Tədbirdə Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana sisteminin direktoru Elmira Əliyeva, kitabxananın əməkdaşları, Uşaq şöbəsinin oxucuları, Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbin ,Mirzə Ələkbər Sabir adına 5 saylı tam orta məktəbin şagirdləri 1 nömrəli musiqi məktəbin şagirdləri iştirak etdilər. Tədbirin sonunda uşaqların ifasında Azərbaycana, Vətənə aid mahnılar dinlənildi.
“Ulu bir sərkərdə, Ulu bir öndər” ,Tofiq Bayramın “Azərbaycan deyəndə” ,Zəki İslamın "Heydər baba " və başqa şeirləri söylədilər.