14.06.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəşləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı 15 iyun Milli Qurtuluş Günü münasibətilə "Xilaskar" başlıqlı onlayn tədbir keçirdi.
Tədbiri kitabxana filialının müdiri Rahilə Qasımova açaraq tədbir iştirakçılarını 15 iyun Milli Qurtuluş Günü münasibətilə təbrik etdi və Milli Qurtuluş gününün yaranması tarixi haqqında məlumat verdi. Azərbaycanın müstəqilliyinin , suverenliyinin, ərazi bütovlüyünün daimi və əbədi olmasını arzuladı. Tədbirdə GDU-nin Ümumi tarix kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Hüseyn Bəxtiyarlı, ADAU-nin kafedra müdiri, professor Azad Bayramov, Bərdə rayon Qaradəmirçi kənd orta məktəbinin səkkizinci sinif şagirdi Aytac İsgəndırova, kitabxananın başqa əməkdaşları və oxucular iştirak etdilər.
Tədbirdə iştirakçılar Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycana hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil etdiyini söylədilər. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan-Heydər Əliyevdir. Milli Qurtuluş fəlsəfəsi Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi. 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimizi yox olmaq təhlükəsindən xilas edib. Azərbycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir. Belə ki, regionda və dünyada Azərbaycanın nüfuzunu daha da artırdı və dünya birliyinə inteqrasiyası başladı.
Tədbirdə 15 iyun Milli Qurtuluş gününə həsr edilmiş videoçarx nümayiş etdirildi.
Sonda Aytac İsgəndərova Xalq şairi Qabilin"Ulu bir sərkərdə, ulu bir öndər" şeirini söylədi.