Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Tarixin dönüş anı” adlı onlayn ədəbi-bədii gecə

14.06.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 11 saylı kitabxana filialı 14.06.2021-ci il tarixdə 15 iyun Milli Qurtuluş Günü münasibətilə “Tarixin dönüş anı” adlı onlayn ədəbi-bədii gecə keçirtmişdir.

Tədbirin aparıcısı kitabxananın əməkdaşı Esmira Həsənova tədbir iştirakçılarını salamladıqdan sonra, tarixə qızıl hərflərlə yazılmış 15 iyun Milli Qurtuluş Gününün Azərbaycan xalqı üçün sadəcə təqvim  bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gün olmasını vurğuladı.

Daha sonra çıxış etmək üçün söz Gəncə Regional Mədəniyyət İdarəsinin rəis müavini Asəf Məmmədova, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, tarix üzrə Fəlsəfə doktoru,dosent Pərvin Kərimzadəyə, Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektor, dosent Gülsüm Fətəliyevaya, Gəncə Dövlət Universitetinin Tarix kafedrasının dosenti Hüseyn Bəxtiyarova, “Əlil Qadınlar Cəmiyyəti” İctimaii Birliyinin Gəncə şəhər şöbəsinin sədri Elmira İsmayılovaya, Respublikanın əməkdar artisti, 4 №-li Uşaq Musiqi məktəbinin müəllimi Kəmalə Tağızadəyə , Gəncə şəhər 21 saylı tam orta məktəbin 5-ci sinif şagirdi Səmayə Abbasovaya, Gəncə şəhər Uşaq İncəsənət məktəbinin şagirdi İlahə Əliyevaya, Ağsu,Kəlbəcər , Quba və Tovuz rayon orta məktəblərinin şagirdlərinə, Gəncə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru, Əməkdar Mədəniyyət İşçisi Elmira Əliyevaya, Gəncə Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərovaya verildi. 

Onlar da öz növbəsində Heydər Əliyev siyasi kursunun  uğurlu siyasətin dən söz açdılar. Uşaqların ifasında rəngarəng musiqilər, şeirlər bir-birini əvəz etdi.

Tədbirin sonunda Respublikanın əməkdar artisti, 4 №-li Uşaq Musiqi məktəbinin müəllimi Kəmalə Tağızadənin  ifasında “Heydər xalqım deyəcək” mahnısı səsləndirildi