14.06.2021
Gəncə Regional Mədəniyyət İdarəsinin Goranboy rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsi Goranboy rayon Heydər Əliyev Mərkəzində 15 İyun Milli Qurtuluş Günü münasibəti ilə «Tariximizin dönüş anı» adlı tədbir keçirdi.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin büstü önünə gül qoydular.
Tədbiri giriş sözü ilə Uşaq şöbəsinin müdiri Rəna Məhərrəmova açdı və tədbir iştirakçılarına 15 İyun Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti haqqında məlumat verdi.
Uşaq şöbəsinin oxu zalının müdiri Samirə Əliyeva «Qurtuluşun zəfəri» adlı məruzə ilə çıxış etdi.
Məktəblilərin ifasında «Sönməyən günəş» adlı şeir kompozisiya iştirakçılara təqdim olundu. Tədbirin sonunda məktəblilər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən muzey ilə tanış oldular.