07.02.2018
Gəncə Regional Mədəniyyət və Turizm İdarəsi tabeliyində fəaliyyət göstərən Goranboy rayonundakı Səfikürd kənd Sənətkarlıq evində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anadan olmasının 30 illiyi münasibəti ilə “Müqəddəs zirvə” adlı dəyirmi masa keçirilmişdir.
Vətənpərvərlik mövzusunda keçirilən dəyirmi masada Milli Qəhrəman Mübariz İbrahimovun şərəfli ömür yolundan, şəhidlik zirvəsində ucalmasından söhbət açıldı. Xatirəsi 1 dəqəqilik sükutla yad edildi.