Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Azərbaycan dövlətçiliyinin xilas günü” adlı tədbir keçirilmişdir

14.06.2021

Gəncə Regional Mədəniyyət İdarəsinin Kəlbəcər rayon Mərkəzi kitabxanasında 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş “Azərbaycan dövlətçiliyinin xilas günü” mövzusunda onlayn tədbir keçirildi.

Tədbiri giriş sözü ilə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Sadiqə Quliyeva açaraq tariximizə qızıl həriflərlə yazılmış 15 iyun Milli Qurtuluş Gününün böyük ictimai, siyasi tarixi əhəmiyyətə malik olmasından danışdı.

Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov çıxış edərək bildirdi ki, 15 iyun Milli Qurtuluş Günü Azərbaycan xalqının xilas günüdür.

Tədbirdə Kəlbəcər rayon YAP-nın aparat rəhbəri Qənaət Əsgərov, YAP Kəlbəcər rayon Təşkilatının Gənclər Birliyinin sədri Hikmət Bağırov, Gəncə Dövlət Universitetinin Tarix kafedrasının baş müəllimi fəlsəfə elmləri doktoru Nurlana Həmzəyeva, Goranboy rayonu Ənvər Fərəcov adına Sarov kənd tam orta məktəbin direktoru Afət Quliyeva, Fətallar kənd kitabxana filialının müdiri Rəfiqə Bayramova, “Kəlbəcər Harayı” qəzetinin redaktoru Köçəri Cəfərov, Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət PeşəTəhsil Mərkəzinin direktoru, BMT-nin Azərbaycan nümayyəndəliyinin təlimçi və eksperti Canoğlan İlyasov, Gəncə şəhəri 24 saylı tam orta məktəbin ədəbiyyat müəllimi Dürdanə Quliyeva çıxış edərək bildirdilər ki, Ümummilli Lider Heydər Əliyevin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanın müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməsindən, əmin-amanlıq, siyasi sabitliyin yaranmasından Respublikanın qarşısında duran problemlərin mərhələlərlə həll olunmasından, elmi və mədəni həyatda əsaslı dönüşün  başlanmasından, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyinin təmin edilməsindən  danışdılar.

Tədbirdə Kəlbəcər rayon 9 saylı tam orta məktəbin şagirdləri Xəlili Səkinə, Həbibullayeva Milana Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirdilər.

Tədbirdə Mərkəzi kitabxananın və kənd kitabxana filiallarının əməkdaşları iştirak edirdi.