14.06.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzində "Xalqın xilaskarı" adlı onlayn video konfrans keçirildi.
Tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Bəxtiyar Muradov, Samux rayonu üzrə baş məsləhətçi Süleyman Əliyev, Samux rayon YAP-ın işçiləri Sevinc Xəlilova, Lalə Məmmədova, Mədəniyyət Mərkəzi və filial işçiləri iştirak edirdi.
Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Arif Məmişov tədbir iştirakçılarını Milli Qurtuluş günü münasibətilə təbrik edərək tədbiri açıq elan etdi.
Söz Gəncə Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Əməkdar Mədəniyyət İşçisi Bəxtiyar Muradova verildi. O, qeyd etdi ki, Milli Qurtuluş günü xalqımızın müstəqillik illərində qeyd etməyə başladığı ən əziz bayramlardan biridir. Bu bizim müstəqil dövlətimizin xilas bayramıdır, xalqımız məhv olmaq təhlükəsindən qurtuluş bayramıdır. Bu bayram 15 iyun Milli Qurtuluş günü, onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Ulu Öndər Heydər Əliyəvin hakimiyyətə qayıdışından sonra Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etdi. Sonra isə söz Mədəniyyət Mərkəzinin müşayətçisi Şəlalə Tağıyevaya verildi. O bildirdi ki, Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri edib, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrilib. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutub. Heydər Əliyev fenomeninə məxsus iti zəka, müdriklik, uzaqgörənlik və əzmkarlıq ona əvəzsiz ümummilli lider mövqeyi qazandırıb.
Daha sonra söz Samux rayon YAP Təşkilatının aparat rəhbəri Sevinc Xəlilovaya verildi və çıxışında qeyd etdi ki, ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Ölkəmizin inkişaf strategiyası məhz ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi daha işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı ulu öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir.