Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Azərbaycanın taleyini dəyişən zəfər tarixi” adlı tədbir keçirilmişdir

14.06.2021

 

Gəncə Regional Mədəniyyət İdarəsinin Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Açalı kənd Kitabxana  filialında 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş “Azərbaycanın taleyini dəyişən zəfər tarixi” adlı  onlayn tədbir keçirildi.

Tədbiri giriş sözü ilə filial müdiri Qəndab Xanımalıyeva açaraq 15 İyun Milli Qurtuluş Günü ilə əlaqədar tədbir iştirakçılarına məlumat verdi.

Tədbirdə Siyasi elmlər üzrə fəlsəfə doktoru, “Elin səsi” Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyin sədri, hüquqşünas-politoloq Elvin Talışınski, Kəlbəcər rayon Bəhmən Cəfərov adına 1 saylı tam orta məktəbin direktor müavini Gülşən Qurbanova, Gəncə Dövlət Universitetinin müəllimi Vüsal İskəndərli çıxış edərək bildirdilər ki, tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan, sivil dünyaya inteqrasiya  prosesinə qoşulmasında xalqımızın strateji mənafelərini təmin edən moderin cəmiyyətin qurulmasında həlledici rol oynayan Ümummilli Lider Heydər Əliyevdir.

Tədbirdə Mərkəzi kitabxana və kənd kitabxana filiallarının əməkdaşları iştirak etdilər.